VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiyada adam öldürərək gizlənən şəxs tapılaraq hüquq mühafizə orqanlarına təhvil verilib.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirib.

Verilən məlumata görə, əməliyyat Baş Mühafizə İdarəsinin və Baş Əməliyyat Statistik İnformasiya İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 162-ci (quldurluq) maddələri ilə axtarışda olan M.Abdullayev saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinə təhvil verilib.

BAKU.WS