SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Ucar rayonunda dəhşətli ailə dramı baş verib.


BAKU.WS xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Rayon sakini 1970-ci il təvəllüdlü Arzu Xudat oğlu Tağiyev həyat yoldaşı 1972-ci il təvəllüdlü Şəhla Tağıyevanı və qaynanası Zivər Əliyevanı döyüb.

Kişi arvadının başına kütl alətlə bir neçə dəfə ağır zərbə vurub. Nəticədə qadın ölüb. Qaynanası isə xəstəxanaya yerləşdirilib.

Daha sonra Arzu Tağıyev özünə xəsarət yetirib. Hazırda onu da xəstəxanaya yerləşdiriblər.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Ziya SƏCCAD
BAKU.WS