VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin Biləcik rayonunda yol qəzasında xəsarət alan azərbaycanlı tələbə dünyasını dəyişib.

BAKU.WS
 Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2 gün əvvəl ağır vəziyyətdə xəstəxanaya çatdırılan Azərbaycan vətəndaşı, 23 yaşlı Mirsani Seyidovun həyatını xilas etmək mümkün olmayıb.

Biləcik Şeyx Ədəbali Universitetinin Maşınqayırma mühəndisliyi fakültəsində təhsil alan M.Seyidov fevralın 14-də məzun olmaq üçün imtahan verəcəkdi.

Xatırladaq ki, 3 fevral tarixində İstanbul - Bursa yolunda baş verən qəzada işçiləri daşıyan avtobus Mirabbas Seyidovun idarə etdiyi avtomobillə toqquşub. Qəza zamanı Mirabbas və onun idarə etdiyi avtomobildə olan qardaşı Mirsani Abbasov ağır yaralanıblar. Avtobusdakı sərnişinlərin 10-u müxtəlif xəsarətlər alıb.

Zülfiyyə Qurbanova
BAKU.WS