SİZİN REKLAM BURADA!
055 213 76 73
Gecə saatlarında Bakının Keşlə qəsəbəsində bıçaqlanma hadisəsi olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki,1987-ci il təvəllüdlü Abbasova Nazilə Baloğlan qızı özünü bıçaqlayaraq intihara cəhd edib.
Qadın təcili olaraq Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
N.Abbasovaya qarının ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS