VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Göyçayda piyadanın vurulması ilə nəticələnən hadisənən təfərrüatları məlum olub.

BAKU.WS-in əldə etdiyi eksklüziv məlumatlara görə, yol qəzası yanvarın 28-də baş verib. Maşının vurduğu qız Nərmin Həsənlidir. O, Göyçay şəhərinin 4 saylı məktəbində oxuyur. 9-cu sinif şagirdi hadisə baş verdiyi anda müəllim yanına hazırlığa gedirmiş. Dəhşətli qəzadan sonra qız başından və ayağından xəsarət alıb. Nəzrinin ayağı sınıb.

Əvvəlcə rayon xəstəxanasına yerləşdirilib, daha sonra Bakıya gətirilib. Ayağına mil qoyulub və bu gün evə buraxılacaq.

***09.22

Göyçayda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, “VAZ-2107” markalı avtomobil gənc qızı vurub.

Hadisənin görüntüləri yayılıb. Videodan da göründüyü kimi gənc qız yolu keçərkən sürətlə hərəkət edən maşın onu vuraraq bir neçə metr kənara atıb.

Əldə etdiyimiz məlumata görə, vurulan qız ağır yaralanıb. Onun onurğası sınıb. Hazırda vəziyyəti ağırdır.

Cavid Babayev
BAKU.WS