SİZİN REKLAM BURADA!
055 213 76 73



İnsan alverində təqsirləndirlən şəxslə bağlı qərar elan edilib.

BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki,Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən iclasda insan alverində təqsirləndirilən Sevinc İxayevanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb və qərar elan edilib.

Qərara görə, istintaq orqanının təqdimatı təmin olunub və Sevinc İxayevanın barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Sevinc İxayeva bu ilin yanvarın 25-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.

O, Azərbaycan vətəndaşları olan qadınları 2016-2018-ci illər ərzində İran İslam Respublikasının Meşkinşehr və Təbriz şəhərlərinə aparıb, insan alverinə məruz qoyması faktı müəyyən edilib.

BAKU.WS