SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda uzun müddətdə axtarışda olan fahişə alverçisi tutulub.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad rayon sakini S.İxayevanın qadınları xarici ölkələrə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.İxayeva polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı istintaq gedir.

Ziya SƏCCAD
BAKU.WS