SİZİN REKLAM BURADA!
055 213 76 73



Ucar rayonunun Bərguşad kəndində qaçırılaraq zorlanan qızın atası barışıq ərizəsi yazıb.


BAKU.WS xəbər verir ki, bu barədə Xəzər TV-nin efirində yayımlanan “Səni axtarıram” verilişində danışılıb. Verilişdə bildirilib ki,

“16 yaşlı E.-nın atası qızını qaçıran kişiyə barışıq ərizəsi yazıb. O. 30 yaşlı kişiyə qarşı şikayət etməyib”, - deyə verilişin aparıcısı Xoşqədəm Hidayətqızı bildirib.


Aparıcı veriliş zamanı kövrəlib:

“Mən əlimdən gələni etdim. Lakin mən E.-nın dədəsinə dərs keçə bilmərəm. Vicdan dərsi və digər dərsləri ... O dərslər keçilmir, gendə, qanda olur. Bu mənə aid deyil”.

Xatırladaq ki, Ucar rayonunun Bərguşad kəndində yetkinlik yaşına çatmayan 16 yaşlı qız əmisi nəvəsi tərəfindən qaçırılıb.

Bildirilir ki, 16 yaşlı E. atasının evinə qonaq gedib və sonradan yoxa çıxıb. Deyilib ki, yeniyetmə özündən 13 yaşlı böyük əminəvəsi tərəfindən qaçırılıb və bakirəliyi pozulub.

Bu barədə ilk olaraq Daxili İşlər Nazirliyinin 102 saylı “qaynar xətti”nə məlumat verilib. Sonradan qızın atası əmisinin ailəsilə razılığa gəliblər və şikayət geri götürülüb. Lakin qaçırılaraq bakirəliyi pozulan yeniyetmə qızın nənəsi baş verənlərlə barışmaq istəmir. O, nəvəsinin uşaq olduğunu və hələ təhsil almalı olduğunu deyir.

Xəbərlə bağlı ətraflı “Azərbaycanda DƏHŞƏTLİ AİLƏ DRAMI – 16 yaşlı qızı qaçırıb bakirəliyini pozdular – VİDEO” adlı linkdə ətraflı oxuya bilərsiz.

Cavid Babayev
BAKU.WS