SİZİN REKLAM BURADA!
055 213 76 73



Milli Məclisin deputatı, iş adamı Əsabil Qasımovun dünən İsveçrədə qış turizm mərkəzində xizək sürərkən yıxılıb və nəticədə kəllə-beyin travması alaraq dünyasını dəyişən oğlu Elçin Qasımovun şəkli yayııb.

BAKU.WS
 xəbər verir ki, həvəskar futbolçu olan mərhumun fotosunu BFL-in (Bakı Futbol Liqası) Facebook səhifəsi paylaşaraq ailəsinə başsağlığı verib:

"Təəssüflər olsun ki, günü üzücü bir xəbərlə açdıq. "Sirena Motors" komandasının oyunçusu, gülərüz və pozetivliyi ilə seçilən oyunçularımızdan olmuş Elçin Qasımov xizək sürərkən qəzaya düşüb və dünyasını dəyişib.

Allahdan mərhumun ailəsinə, yaxınlarına səbr diləyirik. ALLAH rəhmət eləsin!"


29 yaşlı Elçin Qasımovun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş görülür. Artıq Əsabil Qasımovun böyük oğlu Taleh Qasımov cənazənin gətirilməsi üçün İsveçrəyə yola düşüb.

Bildirilir ki, Elçin Qasımov bir neçə gün əvvəl Avropa ölkələrinə səyahətə çıxıb və İsveçrədə Alp dağlarında xizək sürərkən bədbəxt hadisə ilə üzləşib. O, yıxılıb və nəticədə kəllə-beyin travması alaraq dünyasını dəyişib.

O, atasının sahibi olduğu və baş ofisi Murtuza Muxtarov küçəsində yerləşən "Karat Holding"də şöbə müdiri vəzifəsində çalışırmış.

Qeyd edək ki, Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

Zülfiyyə Qurbanova
BAKU.WS