SİZİN REKLAM BURADA!
055 213 76 73



Polis əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, yanvarın 21-də Şirvan şəhəri ərazisində neft quyusunun istismardan çıxarılmış borusunu kəsərək oğurlamağa cəhd göstərən 3 nəfər Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.

Şəhər Polis Şöbəsinə təhvil verilən həmin şəxslərin şəhər sakinləri Qaraxan Əzimov, Fadil Bəxtiyarov və Şəmsəddin Zərbəliyev olduqları müəyyən edilib.

Digər hadisə isə yanvarın 22-də Qazax rayonun baş verib. Rayonun Barxudalı dəmir yolu stansiyasının ərazisindən istismardan çıxarılmış 25 metr uzunluğunda relsi kəsən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onların Qazax rayon sakinləri Bayram Əliyev və Elməddin Məmmədov olduqları, bir gün əvvəl həmin ərazidən istismardan çıxarılmış daha 15 ədəd 25 metrlik relsi hissələrə bölüb “KamAZ” markalı avtomobilə yükləyərək oğurlamaları da müəyyən edilib.

Araşdırma aparılır.

BAKU.WS