SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Baş prokurorluğu “Report” İnformasiya Agentliyinin əməkdaşı Mubariz Aslanovun 19-29 noyabr 2018-ci il tarixlərində Kiyev şəhərində naməlum şəxslər tərəfindən üzləşdiyi təqib və hədələr ilə bağlı Ukrayna Baş prokurorluğuna rəsmi müraciət edib.


BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasından məlumat verilib. Verilən məlumata görə, Baş prokuroluqdan bununla bağlı bildiriş daxil olub.


Azərbaycan Baş prokurluğunun Ukrayna tərəfinə müraciətində jurnalist M.Aslanovun Kiyev şəhərində təqib və ölümlə hədələnməsi faktına görə şəhərin Peçerskiy rayon polisində istintaqı aparılan cinayət işinin ölkənin Baş prokuroru tərəfindən nəzarətə götürülməsi,


təqsirkarların müəyyən edilərək məsuliyyətə cəlb olunması və jurnalistin gələcəkdə bu ölkədə təhlükəsizliyinin təmin edilməsi istiqamətində bütün zəruri addımların atılması istənilir.

Qeyd edək ki, ötən ilin 19-29 noyabr tarixlərində “report” İnformasiya Agentliyinin redaktoru Mübariz Aslanov Kiyev şəhərinə xidməti ezamiyyət zamanı mütəmadi olaraq naməlum şəxslərin olduğu AA-6164-BI dövlət nömrə nişanlı "Şkoda" markalı avtomobil tərəfindən təqib olunaraq fotoları çəkilib.

Eyni zamanda küçədə qarşısı kəsilərək silahla hədələnib. Azərbaycan Mətbuat Şurası bununla bağlı Ukraynanın Bakıda səfirliyinə müraciət də ünvanlayıb.

BAKU.WS