VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gecə paytaxtın Mikayıl Əliyev prospektində yük maşını aşıb.


BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, İran vətəndaşının idarə etdiyi maye qaz daşıyan yük maşını dönmə əməliyyatı zamanı idarəetməni itirib, nəticədə, 22 tonluq yük maşınını aşırıb.

Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Ərazi nəzarətə götürülüb, avtomobillərin giriş və çıxışı məhdudlaşdırılıb.

Qeyd edək ki, qəzaya uğrayan yük maşınının içərisi boş olub.

BAKU.WS