SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarından Bakı-Sumqayıt sürət qatarının fəaliyyətində yenə də problemlər yaranıb.

Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, qatar 10-15 dəqiqə gecikib.

Məsələ ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova BAKU.WS-ə açıqlamasında bildirdi ki, hava şəraiti ilə əlaqədar qatarların qrafikində gecikmələr olur.

“Sərnişinlərin rahat və təhlükəsiz daşınması üçün qatarların sürət həddi aşağı endirilib. Bu ötən gün axşamdan başlayaraq davam edir. Hava düzələnə qədər bu davam edəcək”, - deyə Sevinc Qədirova bildirib.

Qurum rəsmisi vurğulayıb ki, sərnişinlərin təhlükəsizliyi tam təmin olunub.

Ziya SƏCCAD
BAKU.WS