SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda müşahidə edilən güclü külək fəsadlar törədir.

BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, bu gün güclü külək Yeni Günəşli qəsəbəsində 9 mərtəbəli binanın damında quraşdırılmış plastik su çənini yerə atıb. Küləyin təsiri nəticəsində yerindən oynayan su çəni daha sonra həyətə yuvarlanıb.

Çən həyətdə park edilmiş “Mitsubishi Outlander” markalı minik avtomobilinin üstünə düşüb. Nəticədə avtomobil şüşələri qırılıb, ban hissəsi tamamilə əzilib.

Xoşbəxtlikdən hadisə vaxtı maşında heç kim olmayıb.

BAKU.WS