VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bir ailənin faciəsinə səbəb olan şəxs cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum olunan İsayev Nurlan Sahib oğlunun məhkəmə prosesi mart ayının 5-də hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2018-ci il yanvar ayının 19-da Ucarda ata və oğulun – Tehran və Samir Zahidovların bıçaqlanması və atanın ölümü ilə nəticələnmiş qanlı hadisə baş verib. Ağır cinayət Zahidovlar ailəsinin yaşadığı evin yaxınlığında törədilib.

Hadisə Nurlan İsayev və Samir Tehran oğlu Zahidov arasında minik avtomobili ilə bağlı baş vermiş münaqişə zəminində baş verib. Qeyd edək ki, hadisə gecə saat 23:30 radələrində baş verib.

Şəhərin Heydər Əliyev prospekti, ev 92 ünvanında yaşayan 1959-cu il təvəllüdlü Tehran Salman oğlu Zahidov və onun oğlu, 1982-ci il təvəllüdlü Samir Tehran oğlu Zahidov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

T. Zahidovun ürək nahiyəsindən aldığı xəsarət ağır olduğundan o, xəstəxanada ölüb. S. Zahidov isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Hadisəni törədən Nurlan İsayev tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı rayon Prokurorluğunda müvafiq maddələrlə cinayət işi başlanıb. Məlumata görə, qətlə yetirilən Tehran Zahidov SSRİ Ali Sovetinin deputatı, Sosialist Əməyi Qəhrəmanı Vəsilə Zahidovanın qardaşı oğludur.

BAKU.WS