» » Azərbaycanda iki məmur rüşvət aldıqları üçün həbs ediliblər (RƏSMİ)


11-01-2019 | 16:08

  • 1 714

Azərbaycanda iki məmur rüşvət aldıqları üçün həbs ediliblər (RƏSMİ)


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin əməkdaşlarının tutulması ilə bağlı rəsmi məlumat yayıb.

Qaynarinfo-ya daxil olan birgə məlumatda bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən "161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Baş İdarə tərəfindən aparılmış birgə ilkin araşdırmalarla korrupsiya şəbəkəsi yaradan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olunub.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri ilə Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasov Mərkəzin baş məsləhətçisi Hafis Allahyarov və qeyriləri ilə əlbir olaraq, müxtəlif vədlər verərək işsiz və işaxtaran şəxslərdən ümumilikdə 7.400 manat məbləğində rüşvət almalarına, habelə eyni məqsədlə 1 nəfər rayon sakinindən 1.000 manat rüşvət almağa cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Mehdi Abasov və Hafis Allahyarovun xidməti otaqları və yaşadıqları ünvanlarda məhkəmənin müvafiq qərarları ilə aparılmış axtarış nəticəsində içərisində ayrı-ayrı şəxslərdən pul alınmasını təsdiq edən yazılar olan kitabçalar, işaxtaran vətəndaşların qeydiyyatı kitabı, müxtəlif arayışlar, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında M.Abasov və H.Allahyarov şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Əsas Xəbər / Həyat tərzi Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Əsas Xəbər / Sosial Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Kriminal SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR Əsas Xəbər / Sosial İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır Siyasət Pərvin bu dəfə də tənqid edildi - Pərvin bu dəfə də tənqid edildi - "Hər yerin çöldə qaldı" (VİDEO) Şou-biznes / Video Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Hadisə / Video Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Video / Sosial Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Sosial SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir Əsas Xəbər / Hadisə Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Əsas Xəbər / Sosial Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Hadisə Xəzər dənizində vahiməli görüntülər – VİDEO Xəzər dənizində vahiməli görüntülər – VİDEO Hadisə / Video “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ Əsas Xəbər / Sosial Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Hadisə Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Hadisə / Video Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Dünya / Video Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Hadisə "Azəriqaz"dan XƏBƏRDARLIQ - Fevralın 1-dən... Sosial Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı Hadisə
Son əlavəПоследние публикации
Azərbaycan səmasında qeyri-adi görüntü - VİDEO
20 yanvar 2019

Azərbaycan səmasında qeyri-adi görüntü - VİDEO

56 Həyat tərzi / Video
20 Yanvar faciəsindən 29 il ötür
20 yanvar 2019

20 Yanvar faciəsindən 29 il ötür

31 Əsas Xəbər / Sosial
Günün ulduz falı - 20 yanvar
20 yanvar 2019

Günün ulduz falı - 20 yanvar

135 Həyat tərzi
SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb
19 yanvar 2019

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

229 Əsas Xəbər / İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
19 yanvar 2019

Azərbaycan nefti bahalaşıb

216 İqtisadiyyat
Bu da Ağamirzənin özünə qazdırdığı qəbr - VİDEO
19 yanvar 2019

Bu da Ağamirzənin özünə qazdırdığı qəbr - VİDEO

901 Şou-biznes / Video
Nəsiminin Hələbdəki məzarından ÖZƏL FOTOLAR
19 yanvar 2019

Nəsiminin Hələbdəki məzarından ÖZƏL FOTOLAR

428 Həyat tərzi
Samir Bağırovun uşaqlıq FOTOsu
19 yanvar 2019

Samir Bağırovun uşaqlıq FOTOsu

1 104 Şou-biznes