SİZİN REKLAM BURADA!
055 213 76 73



Gecə saatlarında paytaxtın Binəqədi rayonunun Mir Cəlal küçəsində bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Abdulkərimov Elşən Həsən oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Hadisə, həmin ərazidə olan çay evlərinin birində baş verib.

Yaralı təcili olaraq 1 saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb. E.Abdulkərimova qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstənin vəziyyəti hazırda orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS