VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, hadisə Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınıb.

Ümumi sahəsi 85 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 m² sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb.

Dəhlizinin divar üzlüyü 6 m² sahədə qarsalanıb. Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib, xəsarət alan olmayıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Ziya SƏCCAD
BAKU.WS