SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirilən Etibar Qəhrəmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başa çatıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü E.Qəhrəmanov həmyerlisi, 1983-cü ildə anadan olmuş Əlizadə Xanzadəni qətlə yetirib.

Onların hər ikisi əvvəllər məhkum olunmuş şəxslərdir.

Daha sonra E.Qəhrəmanov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

BAKU.WS