SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

BAKU.WS
-in teleqraf.com-a istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Əli Şahverdiyev Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə baş verən oğurluq hadisəsi ilə bağlı müraciət edib.    

O, bildirib ki, Ə.Əliyev küçəsində kirayədə yaşayan Lənkəran rayon sakinləri – 1997-ci il təvəllüdlü A. İ və anası onun evində kirayədə olan zaman pul kisəsindən 40 manat oğurlanıb.    

Bundan sonra A.İ. və onun anası, 1976-cı il təvəllüdlü K. Ə. polis bölməsinə gətiriliblər. Orada K.Ə. səs-küy salıb və polis bölməsində divardan asılmış lövhəni əli ilə sındırıb. Ana və qızı polis bölməsinin iş rejimini 20 dəqiqə pozublar.   18 yaşlı A.İ. oğurluq hadisəsi baş verən günü Əli Şahverdiyev ilə intim münasibətdə olub və bu zaman fürsətdən istifadə edərək 25 yaşlı oğlanın pul kisəsindən 40 manatı oğurlayıb.    Faktla bağlı araşdırma aparılır.

BAKU.WS