SİZİN REKLAM BURADA!
055 213 76 73



Yol polisinin Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində apardığı reyd zamanı sənədləri yoxlanılan sürücü jurnalistə hücüm çəkib.

BAKU.WS
-in məlumatına görə, təhqiramiz ifadələr işlədən sürücünü polis əməkdaşları sakitləşdirsələr də, sonradan avtomobildə olan sərnişin də düşərək jurnalistin kamerasını əlindən almağa çalışıb.


Polis əməkdaşlarının sayıqlığı sayəsində xoşagəlməz hadisənin qarşısı vaxtında alınıb.

Avtomobilin sürücüsü isə polislər tərəfindən ifadəsi alınmasından ötrü Cəlilabad rayon polis şöbəsinə aparılıb.

Ziya Səccad
BAKU.WS