SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Trabzon şəhərində insan alverinə qarşı mübarizə tədbirləri həyata keçirilib.

BAKU.WS xəbər verir ki, polisin keçirdiyi əməliyyat zamanı 25 xarici vətəndaş saxlanılıb.

Fahişəliyə qarşı mübarizə çərçivəsində şəhərdə bəzi obyektlərə basqın edilib.
 
Cəmi 8 bar və kafedə yoxlama aparılıb. 12-i Azərbaycandan, 3-ü Gürcüstandan, 3-ü Rusiyadan, 4-ü Ukraynadan, Özbəkistandan, Qırğızıstan və Moldovadan olmaqla ümümilikdə 25 qadın yaxalanıb.

Qadınlar sənəd işləri bitdikdən sonra ölkədən deportasiya ediləcək.

Südabə
BAKU.WS