SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda sahibkarın külli miqdarda əmlakını mənimsəyən dələduz qadın həbs edildi

BAKU.WS xəbər verir ki, bu barədə N. Nəsirlinin vəkili Fərid Həsənov məlumat verib.

Cinayət işinə 10 dekabr 2018-ci il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən baxılıb və G. Əliyeva barədə həbs-qəti imkan tədbiri seçilib.

Məhkəmənin qərarından narazı qalan G. Əliyeva işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Lakin apellyasiya şikayətinə 13 dekabr 2018-ci il tarixdə baxıldlqdan sonra şikayət təmin edilməmişdi.

Xatırladaq ki, Gülarə Əliyeva Nəcəf Nəsirliyə özünü qızıl-zinyət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Dələduz qadın yerli sahibkarın ona olan inamından sui-istifadə edərək, külli miqdarda əmlakını ələ keçirib.


Sonradan araşdırma zamanı məlum olub ki, Gülarə Əliyeva nə fiziki şəxs, nə də hüquqi şəxs kimi vergi qeydiyyatına alınmayıb. Ümumiyyətlə VÖEN-i olmayıb. Həmçinin, G. Əliyeva sahibkara müxtəlif qızıl-zinyət əşyalarının satışı mağazalarını özününki kimi təqdim edib.

Araşdırma zamanı həmin mağazaların G. Əliyeva ilə yaxından-uzaqdan əlaqəsi olmadığı, tamamilə başqa şəxslərə məxsus olduğu ortaya çıxıb.

Aldandığını anlayan N.Nəsirli ona qarşı qızıl-zinyət əşyalarının biznesində şəriklik adı ilə dələduzluq edərək, külli miqdarda əmlakını ələ keçirən Gülarə Əliyeva və rəhbərlik etdiyi bir qrup qadın barəsində bu ilin iyun ayında Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.

İlkin araşdırma nəticəsində Gülarə Əliyeva barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlasa da dələduz qadın uzun müddət istintaqdan yayınaraq, gizlənib.

Buna baxmayaraq, 08 dekabr tarixində 18-ci bölmənin polis əməkdaşları tərəfindən yaxalanaraq, istintaqa təhvil verilib. İlkin məhkəmədən sonra G. Əliyeva müvəqqəti olaraq qadın təcridxanasına köçürülüb.

Məhkəmədə Nəcəf Nəsirli ona vurulmuş ziyanın ödənilməsini tələb edib. Tələb qüvvədə qalıb. İstntaq davam edir.

BAKU.WS