SİZİN REKLAM BURADA!
055 213 76 73




Dekabrın 12-də saat 18 radələrində DİN-in “102 – Zəng Mərkəzi”nə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Lakin fakt təsdiqini tapmayıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS