SİZİN REKLAM BURADA!
055 213 76 73



Ukraynada telekanalların birində canlı efirdə dava düşüb.


BAKU.WS xəbər verir ki, canlı efirdə dialoqa çıxan iqtidaryönümlü millət vəkili ilə radikal milliyətçi deputat arasında mübahisə yaranıb.


Mübahisə iqtidardan olan Oleq Barnanın sərt çıxışına cavab verən milliyətçi deputata Yuri Levçenkonun aqresiya ilə cavab verməsi səbəb olub. Mübahisədən əsəbləşən Oleq Barna bir anda oturduğu yerdən qalxaraq Levçenkonun üstünə cumub və onu yumruqla vurub.


Zərbənin təsirindən Levçenko yerə yıxılıb.


Daha sonra Barna efiri tərk edib. Levçenko isə ayağa qalxıb və təkrar yerində oturub. Veriliş isə öz axarı ilə davam edib.


Həmin anları təqdim edirik:


Ziya SƏCCAD
BAKU.WS