VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda daha bir qadın ər tərəfindən zorakılığın qurbanı olub. 

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə bildirib. 

Birliyin sədri qeyd edir ki, 14 illik evli olan ər-arvad arasında illərdir problem olub. Həyat yoldaşını döyən ər onun hətta başını da qırxıb.  

Qadının həyat yoldaşından 2 azyaşlı qızı var. Qadının atası isə deyir ki, əgər mənim yanıma qayıtsan, şərtim var!

Ata nəvələrinin oxumasına razı deyil: "Ərindən boşanıb gələcəksənsə, bu kənddə sənin qızların oxuya bilməz. Kənd camaatı buna pis baxır! Eləcə ərə verərik. Tez bir zamanda rədd olub gedərlər".

Qeyd edək ki, 2 azyaşlının 10 və 12 yaşları var.

BAKU.WS