SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünən axşam saatlarında 57 saylı avtobusda dava düşüb.


BAKU.WS “xəbər.tv”-yə istinadən xəbər verir ki, Həzi Aslanov metrosunun yaxınlığında avtobusa 2 nəfər 35-40 yaşlı sərxoş kişi minib.


Minən kimi də sürücü ilə mübahisə etməyə başlayıblar. Daha sonra isə sərnişinlərlə mübahisə ediblər.


Sərnişinlərin sərt reaksiyasını və sürücünü müdafiə etmələrini görüb Ukrayna dairəsinin yaxınlığında avtobusdan eniblər.


Enərkən isə qadınlardan birinə qarşı nalayiq ifadələr işlədiblər.


BAKU.WS