SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda dəm qazından zəhərlənərək ölən 13 yaşlı Fateh Mərdanovun görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, yeniyetmənin məktəbdə mahnı ifa edərkən çəkilən görüntüsü sosial şəbəkədə yayılıb. 

Gözəl ifası ilə diqqət çəkən Fateh vaxtsız bu dünyadan köçüb. Onun ifası qısa zamanda böyük marağa səbəb olub. 

Qeyd eədk ki, 01.12.2018-ci il tarixində Nizami rayonu, Keşlə qəsəbəsi, Manaf Agayev küçəsi ev 28/1 ünvanında bir nəfərin dünyasını dəyişməsi, iki nəfərin isə zəhərlənmə nəticəsində vəziyyətinin pisləşməsi ilə bağlı məlumat yayılıb.

Bununla əlaqədər Agentliyin əməkdaşları tərəfindən Nizami rayon məhkəmə tibbi ekspertiza birliyində və zəhərlənən şəxslərin müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə araşdırma aparılmışdır.

Həmcinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon bölməsində aparılan araşdırma zamanı bir nəfərin dünyasını dəyişdiyi (2005-ci il təvəllüdlü Mərdanov Fateh Murad oğlu) və həmin şəxsin meyitindən bioloji nümunələrin götürüldüyü müəyyən edilmişdir.
Aqentliyinin əməkdaşları tərəfindən Kliniki Tibbi Mərkəzində aparılan araşdırmalar nəticəsində zərərçəkənlərin kəskin inhalyasion dəm qazı ilə zəhərlənmə diaqnozu ilə hospitalizə olunduğu məlum olmuşdur.

İlkin tibbi baxış zamanı zərərçəkənlərdə ümumi zəiflik, ürək bulanma, başgicələnmə, bayılmalar müşahidə olunduğuna görə onlara intensiv oksiqen terapiya və medikamentoz müaliçə təyin edilmişdir. Zərərçəkənlərdən götürülmüş qan nümünələrində dəm qazının miqdarı normadan artıq olması müəyyən edilmişdir.

Nəticə olaraq zəhərlənmənin dəm qazından baş verdiyi öz təsdiqini tapmışdır.

BAKU.WS