VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun səhhətində problemlər yaranıb.


BAKU.WS xəbər verir ki, bu barədə tanınmış jurnalist Əvəz Zeynallı “Facebook” səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, İsgəndər Həmidovu xəstəxanaya yerləşdiriblər.


“Onu Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusuna yerləşdiriblər. Ürəyində xırda problemlər var”, - deyə Əvəz Zeynallı bildirib.


İsgəndər Həmidovun xəstəxanadan fotoları paylaşılıb. Fotolardan da göründüyü kimi keçmiş naziri keçmiş baş nazir Pənah Hüseynov də ziyarət edib.


Ziya SƏCCAD
BAKU.WS