SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıtda əsən güclü külək ağacı məktəblinin üzərinə aşırıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Kottec adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Aysun Məcidova təhsil aldığı 9 saylı tam orta məktəbdən evə qayıdarkən güclü külək nəticəsində üzərinə ağac aşıb. O, xəsarət alıb.

A.Məcidova Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

BAKU.WS