SİZİN REKLAM BURADA!
055 213 76 73



Qazax rayonunda kütləvi qida zəhərlənməsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax şəhər sakinləri, 1950-ci il təvəllüdlü Faiq Kərim oğlu Xudiyev, 1993-cü il təvəllüdlü Elmira Maksim qızı Xudiyeva, 1991-ci il təvəllüdlü Xudiyeva Vusal Faiq oğlu və 1957-ci il təvəllüdlü Yusifova Almaz Həmid qızı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Zəhərlənənlərin bir ailənin üzvləri olduğu bildirilir və onların doğum günü tortundan zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS