VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gecə saatlarında Pirşağı qəsəbəsi, Bağlar massivindən torpaq oğurlanıb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bağın ərazisindəki mümbit torpaq sahəsi texnikalar vasitəsi ilə qazılaraq daşınıb.

Hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi kimi tanınan ərazidə baş verib. Bağ sahəsinin sahibi 83 yaşlı Zəkiyyə Məmmədova deyir ki, ərazi ümumilikdə 15 sotdur. Həmin torpaq sahəsinin bir hissəsi hasara alınmadığından gecə saatlarında naməlum şəxslər texnikalar vasitəsi ilə gələrək sahəni talan ediblər.

Bundan başqa, ərazidə olan köhnə tikilinin yararlı materialları da oğurlanıb.

Zərərçəkmişlərin sözlərinə görə, Pirşağı bağlar massivində ümumiyyətlə bu kimi hallar tez-tez yaşanır. Bir neçə dəfə digər bağların da torpağı qazılaraq daşınıb.

Məsələ ilə bağlı Bağlar İdarəsinə və Sabunçu rayonu 15-ci polis bölməsinə məlumat verilib. Hazırda hadisəni törədənlərin axtarışları aparılır.

BAKU.WS