SİZİN REKLAM BURADA!
055 213 76 73



Kürdəmir rayonunda dərs zamanı orta məktəbin tavanı çöküb.


BAKU.WS xəbər verir ki, bu barədə “a24.az”a məlumat daxil olub. Daxil olan məlumata görə, hadisə rayonun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbdə baş verib. Belə ki, dərs zamanı qəza təhlükəsi ilə üzləşən məktəbin kolidorunun tavanı qəfildən uçub.


Xoşbəxtlikdən uçqun hadisəsi şagirdlər siniflərdə olan zaman baş verib və həmin vaxt kolidorda heç kim olmayıb.


Hadisə nəticəsində xəsarət alan olmasa da, həmin günü şagirdlər evə buraxılıb və dərslər yarımçıq qalıb.


Hazırda təhsil müəssisəsinin tavanının bərpa olunması üçün müvafiq təmir işlərinin aparıldığı bildirilir.


BAKU.WS