055 213 76 73
Bakıda marketin seyfindən 2300 manat oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən BAKU.WS-ə məlumat verilib.
Belə ki, Yasamal rayon Polis idarəsinin 29-cu polis şöbəsi və rayon Mühafizə idarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 25-nə keçən gecə H.Zərdabi küçəsindəki marketlərin birində seyfdən 2300 manatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nikolay Ştonda saxlanılıb.
BAKU.WS