SİZİN REKLAM BURADA!
055 213 76 73



Biləsuvar rayonunda polis kapitanını balta ilə yaralayanlar saxlanılıb.


BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, onlar iki qardaş - Aşağı Cürəli kənd sakinləri Şahbazov Rauf Malik oğlu və Şahbazov Rəşad Malik oğludur.


Onlar barəsində məhkəmənin qərarı ilə məcburi gətirilmə qərarı verilib. Polis əməkdaşları da məhkəmənin qərarını icra etmək üçün həmin ünvana yollanıblar.


Bu zaman qardaşlar balta ilə kapitan Ağamalıyev Rəfail Rəfi oğluna hücum ediblər. Rauf Şahbazov balta ilə R.Ağamalıyevə zərbə endirib və sinəsindən yaralayıb.


Hər iki qardaş saxlanılıb. Polis R.Ağamalıyevin səhhəti normaldır.


BAKU.WS