VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gəncədə baş verən partlayışla bağlı FHN rəsmi məlumat yayıb. 

BAKU.WS-in məlumatına görə, məlumatda deyilir: 

"Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin, 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun meyiti tapılaraq çıxarılmışdır.

Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılmış, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilmişdir. Əməliyyat davam edir.

Əlavə məlumat veriləcək".

BAKU.WS