VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda əmisinin həyat yoldaşını yumruqla vuraraq öldürməkdə təqsirləndirilən Rəsul Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.


BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.


İttihama münasibət bildirən R.Hüseynov özünü təqsirli bilmədiyini deyib:


“Aramızda mübahisə yarandı, onu itələdim, yıxıldı. Ancaq öldürmək niyyətim olmayıb. Həm də sərxoş idim, hadisədən əvvəl spirtli içki qəbul etmişdim”.


Prokurorun suallarını cavablandıran R.Hüseynov əmisi arvadı ilə aralarında münansibət olduğunu və onu qısqanclıq zəminində vurduğunu etiraf edib.


Proses noyabrın 23-də davam etdiriləcək.


Qeyd edək ki, paytaxtın Pirallahı rayonunda 1974-cü il təvəllüdlü Mariya Qəhrəmanovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.


Araşdırma zamanı onun qaynı oğlu, 1983-cü il təvəllüdlü Rəsul Hüseynov tərəfindən öldürüldüyü məlum olub.


R.Hüseynov saxlanılıb.


İlkin məlumata görə, qadın başına yumruq vurulması nəticəsində öldürülüb.


Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


BAKU.WS