SİZİN REKLAM BURADA!
055 213 76 73



Çeçenistanın rəhbəri Ramzan Kadırov 5 yaşlı çeçen Rəhim Kuriyevə “Mercedes” markalı avtomobil bağışlayıb.


BAKU.WS xəbər verir ki, Rəhim Kuriyev 2 saat 26 dəqiqədə 4105 jim vurmuşdu.


Çeçenistanın idman naziri Musa Xanakirov da Rəhim barədə məlumat verib. Nazir bildirib ki, Rəhim fasiləsiz olaraq 2 saat 26 dəqiqəyə 4105 jim vurub.


“Ginnesin Rekordlar Kitabı” isə bunu rəsmi olaraq qeydə almayıb. Kadırov isə bildirib ki, Rəhim rekordunu yenidən nümayiş etdirəcək:


“Ümid edirəm ki, komissiya üzvlərinin bu jimləri saymağa səbri çatacaq”.


Kadırov 5 yaşlı uşaqla görüşündə deyib:


“Bu maşını sənə Əhməd Hacı Kadırov xeyriyyə fondunun prezidenti Aymani Kadırova adından sənə verirəm. Bundan sonra atan səni bu maşınla gəzdirsin. Sən ağ “Mercedes”də gəzməyə layiqsən”.


Rəhim isə deyib ki, 5 min jim vura bilər. Uşaq bacarığını maşının kapotu üzərində nümayiş etdirib.


BAKU.WS