VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Abel Məhərrəmovun işdən çıxarılmasının İspaniya səfərinə aidiyyatı yoxdur. Bu, cənab prezidentin səlahiyyətində olan məsələdir”.


BAKU.WS xəbər verir ki, bunu “qafqazinfo”ya açıqlamasında Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə Abel Məhərrəmovun İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən beynəlxalq konfransda baş verən hadisələrə görə işdən çıxarılmasına münasibət bildirərkən deyib.


C.Paşazadə vurğulayıb ki, prezident kimi nə vaxt istəsə, işdən çıxarda bilər: “Bunun kiminsə kimləsə münasibəti ilə əlaqələndirmək heç də düzgün deyil. Çıxarılan adamın dalınca çox sözlər deyiləcək”.


A.Məhərrəmovun restoranda məhz onunla dava etməsi məsələsinə gəlincə isə, C. Paşazadə vurğulayıb ki, bu, yalan söhbətdir: “Məhərrəmov nə üçün mənlə dava etməlidir? Mən uşağam, ya o uşaqdır ki, bir- birimizlə dava edək? Bizim bölüşəcəyimiz bir şeyimiz yoxdur”.


Deputat Siyavuş Novruzov isə açıqlamasında məsələdən xəbərdar olmadığını vurğulayıb.


Qeyd edək ki, sözügedən konfransda Milli Məclisin dörd deputatı iştirak edib. Onlar Çingiz Qənizadə, Cavanşir Paşazadə, Hikmət Babaoğlu və Siyavuş Novruzovdur.


BAKU.WS