SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyada biabırçı hadisə baş verib.


BAKU.WS xəbər verir ki, hadisə Ufa şəhərində qeydə alınıb. Rusiya mətbuatının yazdığına görə, təcavüz hadisəsi şəhər polis idarəsində baş verib.


İdarədə çalışan polis zabiti olan qadın həmkarlarından birinin otağına daxil olub. Qadın otağa girərkən içəridə daha 3 polis zabiti olub.


Qadın içəri girəndə polis zabitləri onu tutublar. Onlar qadını yerə yıxaraq soyundurublar və səhərə qədər zorlayıblar.


Həmkarını zorlayan polis zabitləri həmin vaxt sərxoş olublar.


Hadisənin səhəri günü təcavüzə uğrayan polis zabiti bu barədə məhkəməyə şikayət edib. Onu zorlayan zabitlər saxlanılıblar.


Həmkarlarını zorlayan polis zabitləri daxili işlər orqanlarından xaric olunublar. Onlar barədə cinayət işi başlanılıb.


Qeyd edək ki, zorlanan qadın yüksəkrütbəli zabitin qızıdır.


Ziya SƏCCAD
BAKU.WS