VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sumqayıtda gənc ana öz körpəsini öldürüb.


Hadisə Sumqayıtda, H.Zeynalabdin Tagıyev qəsəbəsində baş verib.


Məlumata görə, 22 yaşlı Səbinə İsmayılova qeyri-rəsmi nikahda yaşadığı şəxsdən hamilə qalıb. Daha sonra həmin şəxs onunla əlaqəni kəsib. Həmin oğlandan ayrılandan sonra uşaq dünyaya gətirən Səbinə, anası -56 yaşlı Nigar Salmanovanın təkidi ilə uşağı öldürmək qərarına gəlib.


Sonradan onların bu çirkin əməlini qəbiristanlıqda nəzarətçi işləyən şəxs bilib. O, dərhal hadisə ilə bağlı ərazi üzrə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə məlumat verib.


Fakt təsdiqini tapan kimi, körpə basdırıldığı yerdən çıxarılaraq ekisperteza üçün Sumqayıt şəhər morquna göndərilib. Bu hadisəni qəsəbə sakinləri də qınayıb.


Hadisədən sonra ana Səbinə İsmayılova saxlanılıb.


Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


BAKU.WS