VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda yol qəzası baş verib.


BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.


99 XL 927 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobili yolda idarəetməni itirərək qarşısındakı "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili yolun kənarındakı maneəyə çırpılıb.


Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü ağır xəsarət alıb.


Qəza səbəbindən yolda tıxac yaranıb.


BAKU.WS