SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Şəmsiyev 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, M.Şəmsiyev mərhum xalq şairi Xəlil Rza Ulutürkün kitabını nəşr etdirəcəyini deyərək, şairin həyat yoldaşı Firəngiz Ulutürkə qarşı 4 min manat dələduzluq edib. M.Şəmsiyev bununla yanaşı daha bir neçə nəfərə qarşı dələduzluq edib. Ümumilikdə zərərçəkmiş şəxslərə vurulan ziyanın miqdarı 100 min manatdan çoxdur.

Həbs edilən M.Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

BAKU.WS