VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün axşam saatlarında Bakı metropolitenində təhlükəli vəziyyət yaranıb.


Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat veriblər. Bildirilib ki, problem saat 18:30-da metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov” stansiyasına gedən qatarda yaranıb.


Vaqondan vaqona keçmək üçün istifadə olunan keçid qapısı açıq qalıb. Nəticədə vaqonun içindəki sərnişinlər təhlükə ilə üz-üzə olublar.


Metronun “Qara Qarayev” stansiyasında problemlə bağlı metro əməkdaşına məlumat verilib.


Məsələ ilə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxladıq. Metronun mətbuat katibi Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisənin baş vermə səbəbləri araşdırılır.


Ziya SƏCCAD
BAKU.WS