VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karamana silahlı hücum olub.

BAKU.WS
Türkiyə KİV-nə istinadən xəbər verir ki,  iş adamı İstanbulda Beykoz ərazisində lüks avtomobilində atəşə tutulub.

Dünən axşam 20.00 radələrində baş verən hadisədə 5 güllə atılıb. Onlardan 2-si ona dəyib.


Məlumata görə, biznesmen ərazidən yaralı halda uzaqlaşıb, daha sonra təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.


Hadisə yerinə çoxsayda polis cəlb edilib və araşdırmalara başlanılıb. Cinayəti törədən 2 nəfər gecə saatlarında saxlanılıb.

Onlar ilkin dindirilmədə cinayəti 1 tapança və 2 ov tüfəngi ilə törətdiklərini etiraf ediblər.

Qeyd edək ki, Mustafa Erkin Karaman 2012-ci ildə Musa Məmmədovun qızı Günel Məmmədova ilə evlənib.

BAKU.WS