VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Axşam saatlarında Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Əliyev Xəyal Hidayət oğlu yaşadığı “Yeni Həyat” məcburi köçkün şəhərciyi ərazisində naməlum şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb.

Cəbrayıl rayonundan məcburi köçkün olan zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS