VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanlı qadınları Rusiyada və Ukraynada cinsi istismara məruz qoyan 1977-ci il təvəllüdlü Elçin Heydərovun barəsində həbs-qətimkan tədbiri seçilib.


BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının təqdimatı təmin olunub.


Məhkəmənin qərarı ilə Elçin Heydərovun barəsində həbs-qətimkan tədbiri seçilib.


Qeyd edək ki, “İnterpol” xətti ilə axtarışda olan Bakı şəhər sakini Elçin Heydərov bu ilin fevralında Ukraynada tutulub. Onun barəsində məhkəmə araşdırması aparılandan sonra bu günlərdə Azərbaycana göndərilib.


Elçin Heydərovun barəsində 2017-ci ildə axtarış elan edilib.


Məlum olub ki, o, mütəşəkkil dəstənin tərkibində Azərbaycan vətəndaşı olan qadınları Rusiya və Ukraynaya aparmağı təşkil edib. Orada mütəşəkkil dəstənin üzvləri ilə birlikdə həmin qadınları kişi müştərilərlə görüşdürüb, maddi gəlir əldə ediblər.


BAKU.WS