SİZİN REKLAM BURADA!
055 213 76 73



Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 214 cinayət faktı qeydə alınıb.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, baş verən cinayətlərdən 29-u “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə, ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Qeydə alınan yol nəqliyyat hadisələri nəticəsində 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.


BAKU.WS