SİZİN REKLAM BURADA!
055 213 76 73


8 oktyabr tarixində Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində gecə saatlarında oğurlanan avtomobil tapılıb.


BAKU.WS-ə müraciət edən zərərçəkən Hüseyn Quliyev "Mercedes" markalı avtomobilinin həyətindən oğurlandığını bildirmişdi. Şüşəsi sındırılaraq oğurlanan avtomobil qısa zamanda tapılıb. 


Hüseyn Quliyev bildirir ki, oğurlanan maşını Binəqədi kəndi ərazisində tapılıb. Oğrular maşının xarici görünüşündə dəyişiklik edib.


Avtomobilin detalları dəyişdirilib və daha yeni ilə uyğun olaraq yığılırmış. Avtomobilin detallarının dəyişdirilməsindən belə qənaətə gəlmək olar ki, dələduzlar maşını baha qiymətə sataraq daha çox qazanc əldə etməyi planlaşdırıb. 

 

Faktla bağlı 19-cu polis bölməsində araşdırma aparılır. 


Abbas
BAKU.WS