VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakıda valideynlərinin hansısa dini təriqətin təsiri altında olduğu deyilən şagirdin özünü məktəb binasının 3-cü mərtəbəsindən atmaq cəhdi ilə bağlı araşdırma aparacaq.

BAKU.WS
trend-ə istinadən xəbər verir ki, Dövlət Komitəsindən bildirilib ki, bu barədə komitədə hələ rəsmi məlumat yoxdur:

"Amma Dövlət Komitəsi tərəfindən bu məsələ araşdırılacaq".

Qeyd edək ki, Bakıda 302 nömrəli məktəbin 3-cü sinif şagirdi oktyabrın 10-u saat 08:48 radələrində, tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. Məktəbdən verilən məlumata görə, şagirdin valideynləri dini təriqətin təsiri altındadırlar.

BAKU.WS